main-post-cover

    Qızının ad günü partisi dəvətini Facebook-da paylaşan ata, 1.5 Milyon insanı qonaq edəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Avropa ölkələrində qızların 15 yaşını xüsusi təntənə ilə qeyd edirlər. Bu zaman hətta xüsusi şənliklər də təşkil olunur. Amma Meksikada atanın qızına etmək istədiyi ad gün şənliyi bunlar arasında ən möhtəşəmi olmağa namizəddir.

    Meksikada bir ata qızının 15 yaşını qeyd etmək üçün xüsusi hazırlıq gördüyünü və bu ad günündə istənilən hər kəsin iştirak edəcəyini Facebook vasitəsilə yayımlayıb. Onun bu bəyanatı dünya gündəmində xüsusi yer tutaraq viral reklama çevrildi. Hətta verilən məlumatlara baxsaq Rubi Ibarra Garcia adlı xanımın ad günü tam bir karnaval kimi təşkil olunacağını demək mümkündür. Quinceañera adı verilən bu ad gün mərasimində qızın atası 10.000 Pesoluq at yarışının təşkil edəcəyini və həmçinin 3 məşhur yerli musiqi qrupunun iştirak edəcəyini bildirib.
     

     
    İlk olaraq Meksikada, daha sonra bütün dünyada viral reklam təəssüratı yaradan video nəticəsini analiz edən BBC, şənlikdə 1.3 milyondan çox insanın iştirak etmək arzusunda olduğunu açıqlayıb. Hətta bundan istifadə edən İnterjet adlı hava yolu şirkəti həmin ad gününə gedəcək olan şəxslərə 30% endirim edəcəyini açıqlayıb.

    Hətta Meksika polisi də həmin gün üçün xüsusi təhlükəsizlik tədbirləri həyata keçirməyi planlaşdırır. Ad gün şənliyi 26 dekabrda təşkil olunacaq. Arzu etmək istəyənlər gedib iştirak edə bilərlər.
    Linki kopyala