Qoruyucu üzlüyü, iPhone ekranına ideal şəkildə yapışdıran robot (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Qoruyucu şüşə və ya üzlük, iPhone üçün ən vacib xüsusiyyətlərdən biridir.
Həmin xüsusiyyətlər smartfon ekranını mexaniki zədələrdən və
gündəlik istifadə zamanı yarana biləcək cızıqlardan qoruyur. Lakin qoruyucu
üzlüyü düzgün şəkildə smartfon ekranına yapışdırmaq heç də asan iş deyil.
Smartfon istifadəçisinin nə dərəcədə bacarıqlı olmasına baxmayaraq qoruyu
üzlüyü, qabarcıqların yaranmayacağı şəkildə yapışdırmaq sadə iş deyil. Bir
çoxları üçün bu bacarıq illərlə inkişaf etdirilir. Hər-halda yaponlar bu
problemi tamamilə aradan qaldırıblar. Təqdim olunmuş videoda bu iş üçün nəzərdə
tutulmuş robot öz əlləri vasitəsilə qoruyucu üzlüyü, iPhone ekranına ideal şəkildə
yapışdırır. Sözügedıən robot Yaponiyada keçirilmiş robotexnika sərgisində təqdim
olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək