main-post-cover

    Qovulduqdan sonra daha uğurlu biri olan 9 məşhur şəxs

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Steve Jobs
    Bu siyahının 1 nömrəsi Stiv Cobs olmasa olmazdı təbii ki. "Apple"dan qovulduqdan sonra, "Apple" tərəfindən 1 il sonra satın alınacaq olan "NeXT"i qurdu. O da bəs etmədi Pixarı aldı və qovulduqdan təxminən 10 il sonra təkrar "Apple"a qayıtdı və iPad, iPhone kimi əfsanələri yaratdı.
    Tomas Edison
    Western Union-da işləyən Edison ofisdə gizlicə təcrübələr apararkən tutulduğu üçün qovuldu. Sonrasında isə tarixə keçən bir insandır.
    Walt Disney
    Bəli, bildiyimiz Disneyin qurucusu 1919-cu ildə Kansas City Star adlı bir qəzetdən "xəyal gücünün kifayət qədər olmaması” bəhanəsi ilə qovulmuş, sonrasında bir şirkət qurub iflas etmişdi. Daha sonra gözünü Hollywood-a dikən Disneyin uğurları danışmaqla bitməz
    Mark Cuban
    Dünyanın ən varlı iş adamlarından olan Mark Cuban 1980-ci ildə bir kompüter mağazasında satış işçisi olaraq çalışarkən qovulur və o gündən sonra birdə başqası üçün işləməməyə qərar verir.
    J.K.Rowling
    Beynəlxalq bir hüquq şirkətinin ofisində katibə olaraq işləyən Roulinq həmişə yazar olmağı xəyal edirdi. Buradakı işindən qovulduqdan sonra almağa haqq qazandığı təzminatı "Harry Potter"ı yazana qədər ona dəstək oldu və saatlarla tək bir kofe içib bu kitabı yazarkən zənnimcə hazırda qazandığı uğuru xəyal belə edə bilmirdi.
    Michael Bloomberg
    Salomon Brother investisiya bankının ortaqlarından olan "Bloomberg", şirkət "Citigroup" tərəfindən satın alındıqdan sonra təzminatı verilərək işdən çıxardılır. Təzminatı ilə Bloomberg maliyyə şirkətini qurur və hazırda təxminən 39 Milyard dollarlıq bir sərvətin sahibidir.
    Polkovnik Harland Sanders(KFC)
    Polkovnik Sanders yəni bildiyimiz KFC-nin qurucusu və üzərində şəkli olan adam 65 yaşında ilk restoranını açana qədər onlarla dəfə əsəbi olduğu üçün işdən qovulub.
    Madonna
    Dunkin Donuts-da işləyən Madonna müştərilərin üzərinə səhvliklə jele tökdüyü üçün işindən qovulur. Sonrasını isə hamımız bilirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər