main-post-cover

    Qualcomm rəqib şirkət üçün 47 Milyard dollar ödədi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Mobil cihazlar üçün prosessor istehsal edən Qualcomm, başqa bir prosessor istehsalçısını 47 milyard dollar ödəyərək satın aldığını açıqladı. Prosessor bazarında işlər qızışır!

    Mobil prosessor bazarının güclü ismi Qualcomm, bazardakı mövqeyini çox gücləndirəcək vacib bir satın almaya imza atdı!
    Rəqibi NXP-ni 47 milyard dollara satın aldığını açıqlayan Qualcomm, beləcə mobil prosessor bazarında daha da gücləndi. Bu sahədə özünə yer əldə etməyə çalışan "Intel" isə indi daha güclü bir Qualcomm ilə rəqabət etməyə məcburdur.
    Snapdragon prosessorlar ilə hardasa bütün mobil cihazlara girmiş olan Qualcomm-un, Hollandiya şirkəti NXP-ni satın alması ilə, ağıllı avtomobil sahəsində də əli güclənmiş oldu. NXP-nin, xüsusilə "Apple” cihazları üçün müxtəlif prosessorlar və sensorlar istehsal etməsi də, qiymətin 47 milyard dollar kimi rekord bir səviyyəyə çatmasında böyük rol oynayır.
    44 min işçisi olan NXP-nin satın alma prosesi 2017-ci ildə tamamlanacaq. Satın almanın digər bir vacib məqamı isə, qısa müddət əvvəl "Apple” ilə razılığa gələrək iPhone-lara sensor istehsal etməyə başlayan "Intel"ə cavab olaraq Qualcomm-un da "Apple" ilə müqaviləsi olan "NXP"ni satın almasıdır.
    Prosessor bazarında rəqabət qızışır. Baxaq görək "Intel"in bu satınalmaya cavabı necə olacaq?
    Linki kopyala