RADORE - Türkiyənin Ən Böyük Məlumat Mərkəzi (VİDEO)

173

Adını tez-tez eşitməyə alışdığımız məlumat mərkəzləri, bir digər adı ilə Data Centerlər, kompüter sistemləri ilə birlikdə telekommunikasiya sistemləri arasındakı bir vasitədir deyə bilərik.Burada web saytlar 7/24 fasiləsiz açıq tutularaq xidmət verildiyi kimi, server və ya sistem otaqları olaraq adlandırılan məkanlarda onlara daimi nəzarət edilir. Qısaca, Data Center - Web saytları və ya tətbiqlərin məlumatlarını, datalarını və məzmunlarını yadda saxlayan və idarəsinə şərait yaradan vasitədir. 

Biz isə öz növbəmizdə sizi Türkiyənin ən böyük məlumat mərkəzi ilə sizləri tanış etmək istəyirik. Bir müddət əvvəl Türkiyənin ən məşhur və böyük məlumat mərkəzi şirkətlərindən olan RADORE-nin ofisini gəzdik və bütün sistemlərə bir-bir nəzər saldıq. 10.000 Server həcmi ilə hazırda Türkiyənin ən yaxşı məlumat mərkəzlərindən biri olan Radore, müxtəlif sahələrdə birincilik mükafatlarına layiq görülmüşdür. Hazırda 60 işçi ilə 7 gün 24 saat kəsintisiz xidmət verən Radore, Türkiyədən və Dünyanın müxtəlif ölkələrindən olan müştərilərini məmnun etməyi bacarır. Aşağıdakı videodan sizdə RADORE ilə tanış ola bilərsiniz.