"Razer" şirkəti 3 ekranlı və möhtəşəm proyektor texnologiyalı noutbooku təqdim etdi (VİDEO)

297

CES 2017 tədbirində noutbooklar cəhətdən hər şey gözlənilən kimi oldu.

Bir çox şirkətlər, Intel Kaby Lake prosessorları əsasında öz yeni və güclü notbook modellərini təqdim etdilər. Lakin onların arasında "Razer” şirkəti həqiqətən də təəccübləndirməyi bacardı. Belə ki, şirkət, tədbir çərçivəsində 3 ədəd 4K ekrana sahib noutbookun prototipini təqdim etdi. Sözügedən noutbookun heç bir xarici ekranı yoxdur. Əlavə iki ekran isə noutbookun üst qapağından kənarlara doğru açılaraq NVIDIA Surround texnologiyası sayəsində oyunlarda 180 dərəcəlik baxış bucağını təmin edir. Kod adı Project Valerie olan yeni noutbook, yenilənmiş Razer Blade Pro modeli əsasında hazırlanıb. Hər  biri 17.3 inç olan 3 ekran birlikdə 12K görüntü keyfiyyətinə sahibdir. Noutbookun daxilində çox güclü NVIDIA GeForce 1080 model videokart yerləşir. İki əlavə ekran sayəsində noutbookun qalınlığı 38.1 mm təşkil edir.

 

Hələki yeni model prototipdir. Şirkətin gələcəkdə noutbooku kütləvi istehsalata verməsi hələki bilinmir. Tədbir zamanı noutbooku incələmiş insanların məlumatlarına əsasən yeni model, iş zamanı yüksək səviyyədə qızır. "Razer”in yeni noutbooku, Chroma adlı proyektor ilə təchiz olunub. Həmin 4K proyektor vasitəsilə televizor və ya kompüter ekranına sığmayan istənilən görüntünü divarda əks etdirmək olar. Həmçinin 155 dərəcə baxış bucaqlı kamera, ətraf mühiti incələyir və otaqdakı mebellərin xüsusiyyətlərini nəzərə alaraq əks etdirilən görüntünü ona görə tənzimləyir. Sözügedən Chroma texnologiyası şirkətin digər məhsullarında da istifadə olunacaq.