main-post-cover

    Recep İvedik 5-in ilk traileri təqdim edildi

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Keçdiyimiz aylarda Şahan Gökbakar-ın Instagram hesabında elan etdiyi Recep İvedik 5-in ilk traileri paylaşıldı. Filmin nümayiş tarixi və ssenari məzmunu da bilindi.

    Azərbaycanda da kifayət qədər məşhur olan və Recep İvedik obrazını canlandıran Şahan Gökbakarın yeni filmi Recep İvedik 5, üç dəqiqəlik traileri ilə təqdim edildi.
    Hər yeni filmindən bəri ən çox izlənilən və rekordlar qıran Türk filmi olmaq xüsusiyyətini daşıyan Recep İvedik silsiləsinin davamı olan 5-ci filmdə, Recep İvedik-in, bir qrup kamaz şoferləri ilə birlikdə qurduğu komandayla Türkiyəni olimpiadalarda bütün dünyada təmsil etməsi əks etdirilib.
    17 Fevralda Türkiyədəki kinoteatrlarda nümayişə girəcək Recep İvedik 5-in çox keçmədən Azərbaycanda da nümayişə çıxması gözlənilir. Filmin rejisorluğunu isə Togan Gökbakar üstlənir.

    Linki kopyala