main-post-cover

    Red Bull Mind Gamers Türkiyə qalibi ilə Müsahibə

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Məsələ həll etmək hər zaman ilham aldığım xobbim olmuşdur. Məhz bu səbəbdən, pazzl-la bağlı olan bu oyun diqqətimi cəlb etdi, qərarımı verdim və qalib oldum”

    Bu sözlərlə əslində qalib olmaq üçün etdiyindən ilhamlanmağın və zövq almağın vacib olduğunu bir daha praktiki olaraq Red Bull Mind Gamers Türkiyə turunun qalibi - Hüseyin Ahmet Aydın sübut etdi. Biz də məhz bu səbəbdən iştirakçı dostlarımızı, yəni Səni ilhamlandırmaq üçün Mind Gamers’in Türkiyə yarışmasının qalibi ilə söhbət etdik və ondan bu uğuru necə əldə etdiyi ilə bağlı məsləhətlər aldıq.
    Yıldız Teknik Universitetində Elektronika ve Kommunikasiya Mühəndisliyi fakultəsində oxuyan 21 yaşlı bu gənc həyatında ən çox çətinliklə cari işini əldə edərkən üzləşdiyini qeyd edir. Və o əlavə edir ki, inadkarlığı sayəsində, yəni, məqsədinə çatmaq üçün heç zaman geri addım atmaması ilə indi ARGELA software şirkətində yarım-ştat olaraq çalışır. "Hədəflərinizi yüksək tutun. Onlara doğru çalışın. Əldə edənə qədər cəhd etməkdə davam edin. Əslində, inadkarlıq, araşdırma və sadəliyin əsas uğur faktorları olduğuna inanan biri üçün bu heç dətəsadüfi bir qalibiyyət olmamışdır.

    "Musiqi riyaziyyatdır. Musiqi ilə sosiallaşın. Məntiqinizi inkişaf etdirin.maraqlı fikri ilə davam edən Hüseyin bu ikisinin (riyaziyyat və musiqi) mükəmməl birləşmə olduğunu qeyd edir. Çünki, o, güclü məntiqinlə əslində məğzindən asılı olmayaraq hər bir qapını aça bilmə potensialına sahib olduğuna inanır. Əslində, biz modelləşdirilməsi kiçik intellektual oyun olan, amma reallıqda daha çox çətinliklərdən və seçimlərdən ibarət olan bir dünyada yaşamırıq mı? O zaman hamımız razılaşarıq ki, qalibiyyət düzgün strategiya və bunun üçün də vacib olan məntiqdən asılıdır.
    "Bəs mən yarışlara necə hazırlaşa bilərəm?” - bu sualı, yəqin ki, çoxlarınız özünüzdən soruşmusunuz. Hüseyin sadəcə hər zaman beynini, ən əsası, analitik düşünmə qabiliyyətini inkişaf etdirmək üçün bazara yeni daxil olmuş ixtiralar haqqında oxuyur və onların işlənmə mexanizmi ilə maraqlanır. 
    Red Bull Mind Gamers Azərbaycan iştirakçılarına başlıca olaraq nə məsləhət gördüyünü soruşduğumuzda isə o, "Düz cavab hər zaman yeganədir və aydındır. Əgər cavabından şübhə edirsənsə, deməli, səhv cavab haqqında düşünürsən. Yenidən düşünməyə başla!”
    Türkiyə seçim turunun qalib komandası: Gökmen Bilgiç, Gencay Gülhan, Ozan Çelikçi ve Hüseyin Ahmet Aydın’

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər