main-post-cover

    Red Dead Redemption 2-nin ilk traileri

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Söz verildiyi kimi "Rockstar Gamesşirkəti Red Dead Redemption 2 oyununun ilk trailerini təqdim etdi. Red Dead Redemption 2 yaradıcıları oyunçular üçün vəhşi Amerikada həyat və sağ qalmaq barəsində möhtəşəm hekayə hazırlayırlar. Hər bir xırda detalına kimi düşünülmüş oyun dünyası həmçinin multiplayer rejim üçün də nəzərdə tutulacaq. "Sony” "Rockstar Games” ilə əməkdaşlığa başladığını bildirib. Bu əməkdaşlıq çərçivəsində yeni oyunun ilk multiplayer rejim özəlliklərini PS4 konsolunun sahibləri birinci olaraq əldə edəcəklər. Yaxın zamanda isə PlayStation Now servisində oyunun ilk hissəsi işıq üzü görəcək. Nəzərə alsaq ki, sözügedən servis yay fəslinin sonunda Windows üçün də aktiv olmuşdur, deməli PC istifadəçiləri də ilk oyunu oynamaq şansına sahib olacaqlar. Red Dead Redemption 2 oyunu 2017-ci ilin payız fəslində PS4 və Xbox One üçün satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər