Reinkarnasiya ilə dünyaya qayıdıb özünü öldürən şəxsi tapan uşaq!
07.05.2017
Farid Pardashunas
Reinkarnasiyaya inanırsınız yoxsa inanmırsınız, işin o qismini bilə bilmərik. Lakin izah edəcəyimiz hadisə olduqca maraqlıdır.
Suriyanın
yaxınlarında Golan Təpələrinin olduğu yerdə yaşanan bu hadisənin baş qəhrəmanı,
3 yaşlı kiçik bir uşaqdır. Əvvəlki həyatını xatırladığını və o həyatında bir
adam tərəfindən balta ilə başına vurularaq öldürüldüyünü söyləyən uşaq, ilk
başda heçkimi özünə inandıra bilməsədə cəsədinin dəfn olduğu yeri bildiyini
söyləyincə insanların diqqətini çəkməyi bacarıb.
Və həqiqətən
də uşağın göstərdiyi yer qazıldıqda bir
cəsəd tapılıb, bu cesetin kəlləsində də eynilə uşağın söylədiyi kimi bir balta
izi mövcuddur. İşin bir başqa maraqlı yanı isə, uşağın başında, cəsətin balta
izinin olduğu yerdə bir doğum ləkəsi mövcud olmasıdır.
Təbii olaraq
hadisə yalnız burada bitmir, hətta yeni başlayır. Söz gedən hadisəni eşidən və reinkarnasiya ilə əlaqəli bəzi
işlər icra edən Qəzzalı həkim Dr. Əli Lasch, uşağın daha əvvəlki həyatında
yaşadığını söylədiyi kəndi ziyarət edir. Burada bəzi araşdırmalar edən, kəndlilər
ilə danışan Lasch, həqiqətən də 4 il əvvəl kənddən birinin itdiyini və ondan
bir daha xəbər alına bilmədiyini sübut edir. Əlavə olaraq uşağın verdiyi ad ilə
kənddən itən adamın adı eynidir.
Daha sonra
isə uşaq, bu qəsəbəyə gətirilir və hadisələr yenidən , daha da maraqlı bir hal
alır. Qəsəbəyə gələn uşaq, öz başına bir evə sanki daha əvvəldən getmiş kimi
girərək oradakı adama adı ilə səslənib, əvvəlki həyatında qonşu olduqlarını
söyləyir. Və uşağın ifadə etdiyinə görə özünü öldürən də bu qonşusu idi. Uşağın
iddialarının ardından qəribə davranışlar edən, və narahat olmağa başlayan adam sonrasında isə
daha çox dözə bilməyərək günahını etiraf edir.
Bu maraqlı
hadisə, reinkarnasiyanın varlığı mübahisələrini yenidən gündəmə gətirsə də
hadisənin elmi olaraq təsdiqlənməməsi, buna qarşı uşağın hər şeyi həqiqətən də
bilir və xatırlayır olması, beynimizdə də böyük bir sual işarəsi meydana gətirir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!