Reklam Billboardında porno film göstərildi

719

Bir qrup hacker, Cakartadakı bir rəqəmsal billboard hack edərək reklam yerinə porno filmi göstərdilər.

Bir çox irqdən və dindən olan insanın yaşadığı İndoneziyanın paytaxtı Cakartada keçdiyimiz günlərdə olduqca maraqlı və bir o qədər də qəribə bir hadisə yaşandı. İndoneziyadakı bir qrup hacker, paytaxt Cakartadakı bir rəqəmsal reklam billboardını hack edərək həmin reklam əvəzinə porno filmi göstərdilər. Şəhərdə qısa müddətli qarışıqlığa səbəb olan bu hadisə, nəqliyyatın bir müddətlik dayanmasına səbəb olsa da insanlar bu görüntülərə fikir vermədən yollarına davam ediblər.

Hələki bu hack hadisəsini edərək billboardda porno film göstərən hackerlərin kimliyi bilinməsə də bu əməlin bir etiraz xarakteri daşıdığı bildirilir.

Paylaşılan məlumatlara görə Müsəlmanların çoxluq təşkil etdiyi İndoneziyada porno izləmənin azadlıq olduğunu müdafiə edən bir qrup hacker, porno saytlarının qadağan olunmasına etiraz olaraq bu hadisəni törətmişlər. Həmçinin hackerlərin bu məzmunu paylaşarkən xalqa mənfi təsir etməmək üçün görüntünü kəsərək bir növ senzura yolunu seçdiklərini də bildirək.