"Resident EvilI: Vendetta" animasiya filminin ilk traileri

137

Tokyo Game Show 2016 oyun sərgisi çərçivəsində "Capcom” şirkəti "Resident Evil: Vendetta” adlı tammetrajlı animasiya filminin trailerini təqdim edib. Animasiya filminin istehsalında "SEGA” şirkətinin layihələri üçün CG(Computer Generated) videolar hazırlamış "Marza Animation Planet” studiyası iştirak edir. Yeni animasiya filminin baş qəhrəmanları Resident Evil oyun seriyasından yaxşı tanıdığımız Leon KennediKris Redfild olacaqlar. Animasiya filminin Yaponiyadakı premyerası 2017-ci ilin yaz fəslində baş tutacaq.