main-post-cover

    Retronu sevənlər üçün xüsusi iPhone 7 Plus modeli

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "ColorWave”adlı şirkətin saytında qeyri-adi iPhone 7 Plus modeli satışa çıxıb.

    Belə ki, smartfonun qeyri-adiliyi ondan ibarətdir ki, o, ilk Macintosh kompüterləri tərzində rəngləndirilmişdir. Şirkət, qeyri-adi rəng tərzinə sahib iPhone 7 Plus-a xüsusi ad fikirləşməkdən imtina edərək onu sadəcə olaraq iPhone 7 Plus Retro adını verib. Onun qiyməti isə 1899$ təşkil edir. Onu da qeyd etmək lazımdır ki, xüsusi rənglənmə sadəcə 256 GB daxili yaddaşa sahib iPhone 7 Plus modellərində reallaşdırılmışdır. Smartfoonun öz qiymətini nəzərə almasaq, onda belə çıxır ki, şirkət yalnız rənglənməyə görə 930$ alır. Çox böyük ehtimalla sözügedən modeli yalnız "Apple” şirkətinin böyük pərəstişkarları alacaqlar. Digər insanlar üçün isə belə böyük məbləği ödəmək mənasızdır.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər