drzeka zeka kartları

Robot dostları öləndən sonra hüznə boğulub yas tutan meymunlar (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5608 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Çox güman ki son vaxtlarda görəcəyiniz ən vəfalı davranış, bir meymun sürüsündən gəlməkdədir. 

BBC One tərəfindən hazırlanan Spy in the Wild verilişinin keçdiyimiz seriyası, təbiətin məsumiyyətini və saflığını bir dəfə daha göstərən olduqca həssas bir ana ev sahibliyi etdi.

 

Əsl meymunlara olduqca oxşayan meymun görünüşlü robotların vəhşi təbiətə salındığı və digər heyvanların arasına qarışan robotların üzərində yerləşən kameralar ilə də heyvanların müşahidə edildiyi proqramda, keçdiyimiz seriyada casus bir robot meymun, Langur meymunlarının arasına buraxılmışdı.

Bala bir meymun görüntüsünə sahib olan robotu qısa müddətdə mənimsəyən yetişkin meymunlar, onu sevib onunla oynamağa başladılar. Hətta içlərindən "balaya” dayəlik edəni belə var idi. Lakin oyun sırasında yerə düşən robot, hərəkətsiz qaldığında, digər meymunlar onun öldüyünü sandılar. Sonrasında isə ortaya çıxan anlar, sözlərlə başa salınacaq kimi deyil. 

Ölkəmizdə, soyuq havalarda yaşam savaşı verən pişiyə, itə, hətta onlara köməy etməyə çalışan insanlara nifrətlə yaxınlaşan məxluqları gördükdən sonra, bu videodakılara "heyvan” demək, əslində bütün meymunlara bir təhqir olar…