Robot ilk dəfə insana zərər yetirdi

363

Çində dünya üzrə ilk dəfə robot tərəfindən insana zərər yetirilmə hadisəsi qeydə alınıb.

Hadisə Quandun əyalətinin Şenjen şəhərindəki IT sərgisində baş verib. İnternet istifadəçiləri baş vermiş hadisəni artıq "robotların üsyanı” kimi adlandırıblar. Xarici görünüşcə "Star Wars” film seriyasından olan R2-D2-a bənzəyən robot tərəfindən törədilmiş hadisə bir çox şirkətlərin IT sahə üzrə təqdim etdikləri məhsul və servislərin nümayişinin keçirildiyi sərgidə baş verib. "Technote.az”ın "Izvestia.ru”a istinadən verdiyi xəbərə əsasən sözügedən robot 4-12 yaş arası uşaqları təlimatlandırmalı və sərgi iştirakçılarını əyləndirməli idi. Bunun yerinə robot ətrafında olan stendlərə zərər yetirib. Əməkdaşlardan biri isə onu dayandırmaq istəyən zaman robot onun ayağının üzərindən keçib. Ciddi zərər çəkmiş şəxs bu hadisədən sonra özü gəzə bilmədiyindən onu xəstəxanaya aparıblar. Robotun yaradıcıları isə onun hansı səbəbdən bu cür hərəkət etdiyini anlamadıqlarını qeyd ediblər.