Root və jailbreak olunmuş cihazlarda Pokemon GO oyunçuları üçün bəd xəbər

334

Keçən həftə Pokemon GO-nun yaradıcısı olan "Niantic Lab”  oyunun iOS və Android versiyaları üçün yenilənməni təqdim etmişdilər.

Yenilənmə oyunda olan bəzi səhvləri aradan qaldırmaqla yanaşı həmdə oyuna bəzi yeni funksiyaları gətirmişdir. Məsələn hamının çoxdan gözlədiyi Buddy funksiyası oyuna əlavə olunmuşdur. Həmin funksiya vasitəsilə oyunçular sevdikləri pokemonu seçə bilərlər. Həmin pokemon isə öz növbəsində oyunçunun səhifəsində əks olunacaq və onu gəzintiyə çıxardaraq müxtəlif bonuslar qazanmaq olar. Lakin yenilik ilə gələn ən vacib dəyişiklik isə Pokemon GO-nun artıq rootjailbreak olunmuş cihazlarda oynamağın mümkünsüzlüyü olub. Çox güman ki, "Niantic Lab” root və jailbreak olunmuş cihazlarda oynayan oyunçuların müxtəlif kənar tətbiqlər və hiylələr vasitəsilə oyunda nailiyyətlərin əldə etmələrini düşünüblər. Həmçinin yeniliyə əlavə edilmiş daha bir xüsusiyyət isə Pokemon GO Plus qolbağının dəstəyi olub.