main-post-cover

    Rus hackerlər bir sıra dünya nəhənglərinin müştəri bazası məlumatlarını oğurlayıblar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Rusiyalı hackerlər 85 dünya səviyyəli şirkətə hücum edərək, müştəri məlumatlarını ələ keçiriblər. Bu şirkətlər arasında "Amazon", "American Airlines", "Best Buy", "Wells Fargo", "DropBox", "Dunking Donuts", "Ebay", "Uber", "McDonald's", "PayPal", "Pizza Hut", "Steam" və "Apple Pay" yer almaqdadır.
    Bu haqda məlumat xarici mənbələr tərəfindən paylaşılıb. Məlumata görə hacker qrupu Rusiya serverləri ilə sistemə qoşulub və həmçinin öz aralarındakı yazışmalar da rus dilində aparılıb. Həmçinin bu qrupun dövlət orqanları ilə bağlı olmadığı da öz əksini tapıb. Məlumatda həmçinin, hackerlərin müştərilərin kredit kart məlumatlarını ələ keçirdiyi və parolların dəyişdirilməsinin zəruriliyi qeyd olunub. Təəssüf ki, adı qeyd olunan şirkətlər bu haqda hələ ki, məlumat qeyd etməyiblər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər