main-post-cover

    Rus məktəbli ayaqla idarə olunan mouse hazırlayıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Rusiyalı məktəbli maraqlı bir işə imza atıb. O, ayaqla idarə olunan mouse düzəldib.

    Rusiya informasiya texnologiyaları sayəsində yetərincə irəli getmiş ölkələrdən biridir. Hətta rus hackerlər dünya sırasında ilkin sıralarda yer almaqdadırlar.
    Sergey Halyav da belə gənclərdən biridir. O, ayağını istifadə edərək mouse-u (siçanı) hərəkət etdirəcək sistem hazırlayıb. Bu yeni sistem sayəsində istifadəçilər tək ayağının köməyilə mouse istifadə edə biləcəklər. Stulun yan hissəsində olan LED işıqlanma sistemi, qaranlıq sahələrdə istifadəni asanlaşdırır.
    Sistem əslində çox asan prinsipə malikdir. Amma Sergeyin bildirdiyinə görə sistemi düzəldərkən onun üçün ən çox çətinlik yaradan prinsiplərdən biri ayaqqabı üçün uyğun material seçimi olub.
     
    Amma sonda o, rezin material üzərində dayanıb. Sergey gələcəkdə bu işi daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib. Ondan belə addım atmağının səbəbi soruşulduqda o, bunu sümük-əzələ sistemi problemindən əziyyət çəkən sinif yoldaşından ilham alaraq etdiyini bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər