main-post-cover

    Rusiya Federasiyası, hackeri ABŞ-a təhvil verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Rusiya Federasiyası, amerikalı hackeri ABŞ-ın xüsusi xidmət orqanlarına təhvil verib.

    Manhetten rayonunun (Nyu York) ərazi prokuroru Preet Bharara-nın sözlərinə görə hacker Joshua Aaron, iki nəfər izrailli ilə birlikdə 2007-2015-ci illər arasında olmuş qiymətli kağızlar üzrə kiberfırıldaqçılıqla ittiham olunur. Cinayətkarlar, müxtəlif böyük şirkətklərin 100 milyonlarla müştərilərinin şəxsi məlumatlarının oğurlanmasında günahlandırılırlar. "Güman olunur ki, Aaron 10-larla ABŞ şirkətini hack edib. Beləliklə bu hadisə, ABŞ tarixində maliyyə institutlarının şəxsi məlumatlarının oğurlanması üzrə ən böyüyüdür” – deyə Preet Bharara qeyd edib. "Technote.az”ın "Bloomberg”ə istinadən verdiyi xəbərə əsasən bu əməli ilə Aaron, 20 illik həbs cəzası ala bilər. 32 yaşlı hackeri, 14 Dekabr tarixində Rusiya Federasiyasından Nyu York-un Con Kennedi adına hava limanına çatdırıblar. Hava limanında təyyarədən endiyi anda Aaron, polislər tərəfindən həbs edilib. Məlumata əsasən Aaron, 2015-ci ilin May ayından Moskvanın mərkəzində yaşayıb. 1 ildən sonra pasportunun müddəti bitib və polis tərəfindən saxlanılıb. Daha sonra məhkəmə, onu ölkədən deportasiya və vizasının müddəti keçdiyinə görə 5000 rubl pul cəzası qərarını verib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər