main-post-cover

    Rusiyalı Gözəl Modelin yüksək göydələnlərdə çəkildiyi inanılmaz təhlükəli şəkillər

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    22 yaşındakı Rus model Viktoriya Odintsova, göydələnlərdə və tikinti sahələrində çox təhlükəli şəkillər və videolar çəkdirərək ölümlə aşıq-aşıq oynayır.

    22 yaşındakı Rus model, özünü Daredevil-ə oxşatmaq istəyərək Dubayın göydələnlərində həm özü həm də iş yoldaşları üçün ölümlə nəticələnə biləcək şəkillər çəkdirib. Daredevil, manqa sevərlərin tanış olduğu bir addır və fantastik dünyada, adına uyğun hərəkət edən bir fiqurdur.
    Viktoriya Odintsova, şəkilləri və videonu Instagram hesabından paylaşıb. Rus modelin hazırda 3 milyondan çox izləyicisi var.
    Viktoriya Odintsova,"Bunları etdiyimə hələ də inana bilmirəm. Videonu hər dəfə izlədiyimdə qorxulu hisslər keçirirəm” açıqlamasını verdi.
    Modelin cəsarəti bəzi izləyiciləri tərəfindən alqışlar toplayarkən, çox sayda izləyiciləri isə onu "axmaq” olaraq adlandırıblar.

    Bir izləyicisi "Bu çox böyük bir məsuliyyətdir. Onu örnək alan insanlar var. Sanki 11 yaşındakı kiçik bir uşaq kimi bütün diqqətləri öz üzərinə çəkməyə çalışır." şərhini verdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər