main-post-cover

    Rusiyanın ən böyük 5 Bankına nəhəng kiber hücumlar edildi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Rusiyada son 1 həftədir edilən kiber hücumların ardı-arası kəsilmir. Prezident Putin, 2 Dekabrda "Yaxın gələcəkdə xarici dövlətlərin hackerləri kiber hücumlar edə bilərlər" ifadələri keçən bir doktrina imzaladı.

    Rus telekommunikasiya nəhəngi "Rostelecom", ölkədəki ən böyük 5 banka edilən DDoS hücumlarına mane oldu. 5 Dekabrda reallaşdırılan böyük ölçülü hücum, ümumi 2 saat davam etdi. "Rostelecom"un kiber təhlükəsizlik müdiri Muslim Medzhlumov, etdiyi açıqlamada, sistemlərinə gələn trafikin əsas çoxluğu, IoT cihazları olaraq da bilinən ağıllı ev cihazları vasitəsilə gəldiyi bildirildi.
     

    "Hücuma macal verən şey CWMP protokoludur. Bu protokolun bir neçə cihaza tətbiq edilə bilər olması DDoS hücumlarını rahatlıqla hazırlamağa şərait yaradır. Bu həftənin əvvəlində Alman "Deutche Telecom", İrlandiyalı "Eircom"a böyük hücumlar edilmişdi." ifadələrini istifadə edən Medzhlumov, Rusların kiber təhlükəsizlik mövzusunda iddalı olduğunu da qeyd etdi.


    2 Dekabr-da Rus Kəşfiyyatı təşkilatı FSB (Rusiya Federal Təhlükəsizlik Xidməti), ölkələrində 5 Dekabrdan etibarən böyük həcmli kiber hücumlar ola biləcəyini açıqlamışdı. Məqsəd bu tərz hadisələr ilə Rusiyanın balansını pozmaqdır. VBT bankı isə 5 dekabrdan etibarən hücuma məruz qalmağa başlamışdı. Çərşənbə günü Prezident Putin, yeni kiber təhlükəsizlik doktrinası imzalamışdı. Doktrinaya görə, Rusiya elmi tədqiqat mərkəzləri, hökumət və hərbi qurumlar; xarici dövlətlərin hackerləri tərəfindən hədəf alınacaq. Əlavə olaraq Rusiyadakı dövlət idarələrinə lazımi IT müdafiə təchizatlarını quraşdırmaq barədə xəbərdar etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər