main-post-cover

    Saatda 200 kilometr sürət yığa bilən sürücüsüz avtomobil [Video]

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Sürücüsüz avtomobillər hələ ki,  iməkləmək dövrünü keçirir. Google’ın bu mövzuda ciddi işləri olsa da, avtomobillər hələ də geniş istifadə olunmur. Hətta Google’ın sürücüsüz avtomobilinin qəza keçirməsini nəzərə alsaq, bu texnologiyanın geniş istifadə olunması üçün hələ çox vaxt lazım olacaq.

    Stanford Universitetində Audi markalı avtomobilə edilən modifikasiya nəticəsində alınan Shelley adlı avtomobilin sürücü olmadan yüksək sürət yığması bu texnologiyanın ikişafından xəbər verir. Toplam olaraq saatda 200 kilometr sürət yığa bilən avtomobil, döngənin vəziyyətindən asılı olaraq sürətini tənzimləyərək maksimum sürətlə turu tamamlaya bilir. Avtomobilin turlara sərf etdiyi zamanın demək olar ki, profesional yarış sürücüləri ilə eyni olduğu deyilir. Avtomobilin yüksək sürətlə yanaşı, aşağı sürətlə manevrləri keçməsi üçün də işlər görülüb. Google avtomobilinin çox aşağı sürət vaxtı qəza etməsi, bu tip avtomobillərdə manevrlərin yaxşılaşdırılmasının nə dərəcədə önəmli olduğunu göstərir.
     

    Linki kopyala