main-post-cover

    Sağlıqlı Yaşama Təşviq Edən Alışveriş Arabası (və maraqlı reklam kampaniyası)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Lipton Yaşıl Çay üçün hazırlanmış alışveriş arabası həm addımlarınızı ölçür, həm də müəyyən bir müddət ərzində yandırdığınız kaloriləri hesablayır.

    Şəhərin ağır həyatı içərisində sağlıqlı yaşamağa kifayət qədər fikir verməyən, hərəkət etmək istəyib də edə bilməyən məşğul insanları Dubay supermarketlərində xoş bir sürpriz gözləyir. Dubayda yerləşən Wunderman MENA tərəfindənLipton Yaşıl Çay üçün hazırlanan alışveriş arabaları insanları daha sağlıqlı seçimlər etməyə təşviq edərkən hərəkət mövzusunda da motivasiya verir.
    İdeya mərhələsindən son hala gəlməsi 6 ay çəkən alışveriş arabasının görüntüsünün digərlərindən bir fərqi yoxdur. Amma aralarında mühüm bir fərq var. Liptonun alışveriş arabasının tutacağı əslində bir ölçü cihazıdır. Bu da arabanı ağıllı və təkərli bir idman alətinə çevirir.
    Siz məqsədsizcə supermarket rəfləri arasında alışveriş siyahınızı tamamlamağa çalışarkən arabanız atdığınız addımları sayır və yandırdığınız kalorilərinmiqdarını verir. Kampaniyanın yaradıcı rejissoru Chrobot bunun daha sağlıqlı seçimlər etmək və supermarket alışverişində daha məntiqli qərarlar vermək barədə insanları düşündürəcəyini, motivasiya edəcəyini vurğulayır. Beləliklə supermarket alışverişi sırasında bu arabalar ilə həm nə qədər hərəkət etdiyinizi öyrənəcək, kalorilərinizi hesablayacaq; həm də "Bu qədər kalorini bu qədər hərəkətlə güclə yandırıramsa, bəlkə də paxlava almamalıyam!” kimi bir düşüncə ilə daha sağlıqlı seçimlərə yönələ biləcəksiniz.
    "Lipton”, Dubayda istifadəyə verilən 10-20 alışveriş arabasına çox yaxında bir qədər daha əlavə etmək fikrindədir. Eyni zamanda mobil bir tətbiq hazırlanması və bənzər bir təcrübəni telefon üzərindən yaşatmaq da planlar arasındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər