main-post-cover

    "Samsung" "Apple"a rəqib olmağa hazırlaşır. Şirkətin öz səsli köməkçisi Viv gəlir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” süni zəka texnologiyası ilə məşqul olan və vaxtı ikən Siri-ni yaratmış "Viv Labs” şirkətini alır.

    "Viv Labs” 2010-cu ildə "Apple” tərəfindən alınmış Siri-nin developerlərinin yaratdıqları şirkətdir. Şirkət digər bir səsli köməkçi olan Viv-i yaradıb. "Technote.az"ın "Macdigger.ru"a istinadən verdiyi xəbərə əsasən həmin səsli köməkçi bu il geniş kütləyə təqdim olunmuşdur. "Samsung”un mobil cihazlar üzrə texnoloji direktoru İncon Ri-nin sözlərinə əsasən şirkət öz smartfonlarına Viv səsli köməkçisini 2017-ci ilin ikinci rübündən başlayaraq inteqrasiya edəcək. İki şirkət arasında bağlanmış müqavilənin dəyəri açıqlanmır. "Viv Labs”ın təsisçiləri olan Daq KittlausAdam Çiyer-in sözlərinə görə Viv-in Siri-dən və bu tipli digər tətbiqlərdən olan əsas üstün cəhəti onun açıq mənbəli koda sahib olmasıdır. Beləliklə developerlər ona istənilən dəyişiklikləri əlavə edə bilərlər.
     
     
    Onlar həmçinin qeyd ediblər ki, Siri 10-larla funksiyası ilə seçildiyi halda, Viv istifadəçi və developerlərə yüzlərlə funksionallıq təqdim edəcək. Viv yeni nəsil səsli köməkçidir. Onu həttasüni zəka belə adlandırmaq olar. Yaradıcıların ideyasına əsasən Viv, insanların düşündüklərini kənar şəxssiz bilavasitə reallaşdırmalıdır. Təbii ki, müəyyən mənada kənar şəxslər olacaq. Lakin Viv istifadəçiyə çətinlik yaratmadan hər şeyi özü həll edəcək. Kittlaus və Çiyer vaxtı ikən "Siri” şirkətini təsis etdilər. Şirkət isə öz növbəsində iOS üçün eyniadlı səsli köməkçini yaratdı. Nəticədə "Apple” 2010-cu ildə Siri-ni aldı. Bununla yanaşı ilk başda Siri indi hazırlanan Viv kimi düşünülürdü. Lakin "Apple” layihədə bəzi dəyişiklər əlavə etdi və bizim indi tanıdğımız Siri-ni istifadəçilərə təqdim etdi. "Samsung” "Viv Labs”ı alma haqqında razılaşmanı aparıcı şirkətlərin süni zəka texnologiyaları sahəsindəki araşdırmaları fonunda əldə edib.
     

     
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər