main-post-cover

    Samsung Chromebook Pro-nun ilk foto və məlumatları sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti vaxtından əvvəl yeni noutbuku olan Chromebook Pro haqqında məlumatları paylaşıb.

    Məlumatların tez bir zamanda silinməsinə baxmayaraq onlar artıq internetə yayılıblar. Chromebook Pro, Pen stilusunu dəstəkləyən və əyilə bilən noutbukdur. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən noutbuk Chrome OS sistem əməliyyatı vasitəsilə çalışır. Noutbuk 12 inç ekran, 6 nüvəli ARMv8 prosessoru (2 ədəd ARM Cortex-A72 və 4 ədəd ARM Cortex-A54 nüvəsi), 4 GB RAM və 32 GB daxili yaddaş ilə təchiz olunmuşdur. Daxili yaddaşı microSD özəlliklə artırmaq mümkündür. Noutbuk bir dəfə şarj olunmaqla 10 saat işləyə bilir. Həmçinin Chromebook Pro, 2 ədəd USB Type-C, yaddaş kartı və Pen stilus girişlərini özündə birləşdirir. Noutbukun qalınlığı 13.9 mm çəkisi isə 1.08 kq təşkil edir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər