main-post-cover

    Samsung-dan 5.7 inçlik bir telefon daha gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsungun 2017-ci ildə təqdim edəcəyi 5.7 inç ölçüsünə sahib olan bir telefonu daha GFX Bench-də ortaya çıxdı.

    Samsung-un bir neçə aya bazara çıxardacağı S8 maraqla gözlənilərkən, eyni zamanda digər maraqla gözlənilən telefonu da Galaxy Note 8 olacaq. Ötən il yaşanan problemlərdən sonra Note seriyasını dayandırmaq yerinə davam etdirmək qərarı alan Samsung-un Note 8-də təqdim edəcəyi yeniliklər maraqla gözlənilir.
    Əlavə olaraq Galaxy A və Galaxy J seriyasını da yeniləyəcək olan Samsung tərəfindən bir telefon daha ortaya çıxdı. GFX Bench-də görülən yeni telefon SM-G615F model koduna sahibdir. Xüsusiyyətləri isə bunlardır:

    5.7 inçlik Full HD bir ekrana sahib olan cihazda MediaTek MT6757 prossessoru ilə Mali-T880 MP2 qrafik prosessor mövcud olacaq. 3GB RAM və 32 GB yaddaş ilə dəstəklənən SM-G615F, 13MP kamerasını isə həm öndə həm də arxada yerləşdirəcək. Android 7.0 Nougat ilə qutudan çıxacaq telefonda GFX Bench tərəfindən edilən testlərdə tək nüvəli prosessorda 840, çox nüvəli prosessorda isə 3426 xal aldığı görüldü.

    Təxminlərə görə Galaxy On7-nin 2017 versiyası olacaq cihazda NFC və barmaq izi oxuyucusu olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər