main-post-cover

    Samsung-dan “Edge” ekranlı ilk planşet: Galaxy Tab S3

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ortaya çıxan yeni xəbərlərə görə Samsug-un yeni planşeti Galaxy Tab S3, Samsung-un "edge”(curved ekran) ilə birlikdə təqdim ediləcək.

    Ötən günlərdə ortaya çıxan xəbərlərlə birlikdə Samsung-un yeni admiral gəmisi telefonu Galaxy S8-i fevral ayının sonlarına doğru təşkil olunacaq Mobil Dünya Konqresi (MWC)yerinə Mart ayında özünün keçirəcəyi tədbirdə təqdim edəcəyi və MWC-ni boş keçməmək üçün yeni planşeti Galaxy Tab S3-ü bu mərasimdə təqdim edəcəyini artıq sizə bildirmişik.
    Ötən günlərdəTab S3-ün texniki xüsusiyyətləri sızdırılmışdı indi isə tabletin dizaynı sızdırıldı. Slash Gear saytı tərəfindən təqdim edilən məlumatlara görə Samsung-un "edge” ekranı Galaxy Tab S3 modeliylə birlikdə planşetlərə də əlavə olunacaq və Samsung, Mobil Dünya Konqresində ilk "edge” ekranlı planşetini təqdim edəcək.

    Xüsusilə "Apple”-ın hakim olduğu planşet bazarında, üst səviyyədə olan Tab S3 ilə vacib addımlar atmaq istəyən Samsung-un yeni planşeti texniki xüsusiyyətləri baxımından da üstün olacaq. Planşetin bütün real detallarını 26 fevral-da Mobil Dünya Konqresində öyrənəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər