main-post-cover

    Samsung Galaxy A5 (2017) modelinin ilk görüntüləri sızdırıldı (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Neil Potgieter adlı insayder öz YouTube kanalında Samsung Galaxy A5 (2017) modelinin ilk videosunu təqdim edib.

    Videoda cihazı hər tərəfdən müşahidə etmək olar. Həmçinin smartfonun texniki göstəriciləri də sızdırılıb. A seriyalı smartfonların dizaynları hər dəfə dəyişir. Yeni seriyanın cihazları isə göründüyü kimi Galaxy S7Galaxy S7 Edge tərzində olacaqlar. Galaxy A5 (2017) modeli 2.5D qoruyucu şüşəyə sahib olacaq. Lakin videodan smartfonun arxa qapağının şüşədən və ya polikarbonatdan hazırlandığını söyləmək çətindir. Hər halda onun çox maraqlı görünüşü var. Smartfonun metal çərçivəsində səsgücləndiricilər üçün xüsusi yer var. Əvvəllər A seriyalı cihazlarda bu özəllik yox idi. Digər bir özəllik isə cihazın arxa kamerasının qapaq yastılığından kənara çıxmamasıdır. Beləliklə kameranı cızmaq daha çətin olacaq. Smartfonun texniki göstəriciləri isə aşağıdakı kimidir.
    5.2 inç SupeAMOLED Full HD ekran
    8 nüvəli Exynos 7880 prosessoru
    3 GB RAM və 32 GB daxili yaddaş
    USB Type-C girişi
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər