main-post-cover

    Samsung, Galaxy A7, A5 və A3-də Android Nougat Verəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung-a ən yaxın mənbələrdən SamMobile, Samung-un Galaxy A (2016) seriyası üçün, Android 7.0 Nougat testlərinə başlayacağını açıqladı

    Samsung-un illərdir etdiyi yeniləmə siyasətinə baxdıqda ümumi olaraq orta səviyyə telefonlarına birdən daha çox yeniləmə etməyi sevmədiyini görə bilərik. Ancaq son günlərdə yeniləmə siyasətini dəyişdirən Samsung, bu səfər orta səviyyəli istifadəçilərinidə sevindirəcək
    Samsung-a ən yaxın xəbər portallarından SamMobile-ın paylaşdığı xəbərdə Samsung-un orta səviyədəki Galaxy A (2016) seriyasının Android 7.0 Nougat yenilənməsi alacağı elan edildi. Hələki yenilənmənin nə vaxt gələcəyi məlum deyil,ancaq Samsung-un A seriyası üçün Nougat testlərinə başladığı və bir neçə ay içində yenilənmənin paylaşılacağı deyilir. Beləliklə Android 7.0 yenilənməsi,telefonların qəbul edəcəyi ikinci ən böyük Android yenilənmə olacaq.
    Galaxy A seriyasının altında yer alan Galaxy J (2016) seriyası üçün də Android 7.0 Nougat yenilənməsinin paylaşıb paylaşmayacağı haqda bir məlumat yoxdu. Digər tərəfdən həm Galaxy A (2015) həm də Galaxy J ( 2015) hələki Samsung-un təqvimində yer almır.
    Linki kopyala