main-post-cover

    "Samsung", Galaxy C7 Pro-nun texniki göstəricilərini təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti öz saytında Galaxy C7 Pro smartfonunun texniki göstəricilərini təqdim edib.

    Qeyd etmək lazımdır ki, Galaxy C5 ProGalaxy C7 Pro-nun daxil olacağı C Pro seriyasının təqdimatı yaxın müddətdə baş verəcək. Deməli Samsung Galaxy C7 Pro, 5.7 inç Super AMOLED Full HD ekran, Qualcomm Snapdragon 626 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (256 GB-a qədər microSD dəstəkli),3300 mAh  enerji tutumlu batareya, 16 MP arxa və 16 MP ön kamera ilə təchiz olunacaq. Həmçinin smartfon, barmaq izi skanına və sürətli enerji yığma xüsusiyyətinə sahib olacaq. Galaxy C7 Pro, Android 6.0.1 sistem əməliyyatı vasitəsilə çalışacaq. Onun qiyməti isə 405$ təşkil edəcək.

    Linki kopyala