main-post-cover

    Samsung Galaxy J7 2016 - incələmə

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Orta seqmentin ən iddialı modellərindən olan Samsung Galaxy J7 2016 texniki göstəricilərini təqdim edirik. Baxaq Galaxy J7 2016 bizlərə nələr təqdim edir, J7 Prime ilə fərqlilikləri nələrdir?

    Samsung-un orta və alt seqment üçün hazırladığı, xüsusuilə selfie və batareya ömrü tərəfindən olduqca iddialı olan Galaxy J 2016 ailəsinin, Galaxy J7 2016 SM-J710FQmodelinin texniki göstəricilərini sizlərə təqdim edirik. Samsung Galaxy J7 2016, 3300 mAh batareyası, F/1.9 ön və arxa kamera, AMOLED ekran və digər inkişaf etmiş xüsusiyyətləriylə seqmenti üçün uğurlu bir telefondur.

    Galaxy J7 2016 qiyməti

    Galaxy J7 Prime-a görə dizayn və ekran texnologiyası başda olmaq üzərə fərqlilikləri olan Galaxy J7 2016-nı, 320-382 dollar aralığındakı məbləğlərə satın almaq mümkündür.

    Galaxy J7 2016 xüsusiyyətləri

    720p keyfiyyətində 5.5 inçlik superAMOLED ekrana sahib olan Galaxy J7 2016, dizayn olaraq Galaxy Note 4 və ilk çıxan A seriyası kimi metal çərçivəyə sahibdir. Arxa qapağın və batareyanın çıxarıla bilən quruluşda olduğu telefon, 3300 mAh kimi parametrə görə olduqca heybətli bir batareya ilə gəlir.
    7.8mm qalınlığında və 170 qram ağırlığında olan Galaxy J7 2016, Gorilla Glass ekranına sahib deyil. Cızılmalara qarşı dayanıqlı olan ekran, Gorilla Glass qədər dayanıqlı olmaya bilər. Bu məqamda diqqətli olmaq lazımdır.
    8 nüvəli Exynos 7870 prosessor, Mali-T830 MP2 qrafik prosessor, 2 GB Ram, 16 GB daxili yaddaş və microSD kart dəstəyi kimi xüsusiyyətlərlə gələn məhsul, 5 GHz Wifi dəstəyinə sahib deyil.
    Bluetoth 4.1, NFC, FM Radyo kimi əlaqələrə sahib olan məhsul, microUSB və 3.5mm-lik fiziki əlaqələri istifadə edir.
    Kamera tərəfinə baxdığımızda Samsung-un Galaxy A 2016 seriyasında istifadə etdiyi f/1.9 diafraqma dəyərlərinə sahib 13 Meqapiksellik arxa kamera gözə dəyir.
    28mm-lik bucağı və yeni nəsil diafraqma dəyərləriylə, seqmentinə görə olduqca yaxşı kamera keyfiyyəti təmin edən məhsul, Full HD FPS video çəkilişi edə bilir.
    Ön kameranın f/1.9 diafraqmaya sahib olduğu məhsul, 5 Meqapiksel keyfiyyətində, əlavə olaraqda ön kamera LED flaşla dəstəklənir.
    Android 6.0.1 Marshmallow əməliyyat sistemiylə gələn məhsulun, Android 7.0 Nougat yenilənməsi edəcəyi gözlənilir amma hələki yenilənmə tarixi məlum deyil.

    Galaxy J7 2016 texniki xüsusiyyətləri

    Ekran: 5.5 inç Super AMOLED 720, 267 ppi
    Ölçüləri: 151.7 x 76 x 7.8 mm
    Ağırlığı: 170 qram
    Prosessor: Exynos 7870 Octa (8 x 1.6 Ghz Arm Cortex A53)
    GPU: Mali-T830 MP2
    RAM: 2 GB
    Yaddaş: 16 GB + MicroSD kart dəstəyi
    Əməliyyat sistemi: Android 6.0 Nougat Marshmallow
    Arxa kamera: 13 Meqapiksel, 28mm, HDR, f/1.9 diafraqma -1080p 30 FPS video
    Ön kamera : 5 Meqapiksel f/1.9 -1080p video
    Əlaqələr: 802.11 a/b/g/n, Bluetoth 4.1, NFC, FM Radyo
    Batareya: 3300 mAh
    Qiymət: 320 dollar
    Linki kopyala