main-post-cover

    "Samsung" Galaxy Note 7 cihazlarını söndürməyi istifadəçilərə tövsiyyə etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti Galaxy Note 7 smartfonlarının qlobal satışını dayandırdığını bildirdi.

    Bundan əlavə olaraq şirkət sözügedən smartfondan istifadə edən insanlara cihazı söndürüb ondan istifadə etməməyi də qeyd edib. "İlk və yeni tirajdan olan Galaxy Note 7 istifadə edən alıcıların cihazları söndürüb onlardan istifadə etməmələri məsləhət görülür” – deyə şirkətin ismarıcında bildirilib. Məlumata əsasən "Samsung” öz tərəfdaşlarından bu məsələ ilə bağlı rəsmi araşdırmanın bitməsinə kimi Galaxy Note 7-nin satışını və dəyişilməsini dayandırmalarını istəyib. Sözügedən smartfon istifadəçilərinin hamısından cihazı söndürmək xahiş olunur. Həmçinin alıcılar ABŞ-la konsultasiya üçün əlaqə saxlaya bilərlər. Beləliklə onlar öz cihazlarını Galaxy S7 və ya Galaxy S7 Edge ilə dəyişmə imkanına da sahib olurlar. Şirkət rəsmi olaraq bildirib ki, yeni tirajdan olan cihazların partlaması ilə əlaqədar olaraq araşdırmaya artıq start verilib. ABŞ-ın istehlakçı hüquqlarının müdafiəsi komissiyasının rəsmisi Elliot Key "Samsung”un qərarının düzgün olduğunu bildirib. Qeyd edək ki, sentyabr ayında şirkət partlama şikayətlərinə görə 2.5 milyon Galaxy Note 7 smartfonunu əvəz edərək bildirmişdir ki, yeni tirajdan olan cihazlar tamamilə təhlükəsizdirlər. Lakin bir müddətdən sonra yeni tirajdan olan cihazların da partlamaları bilindi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər