Samsung Galaxy Note 7-nin partlama səbəbi açıqlandı
Elm & Texnologiya
07.05.2017
Brilyant Rasulova
Çoxdandı gözlənilən xəbərə aydınlıq gətirildi. Samsung Galaxy Note 7-nin partlama səbəbini açıqlandı.
Bildiyiniz kimi Samsung, Note 7 ilə əlaqədar
kifayət qədər problem yaşadı. Belə olan halda hətta Samsung nümayəndələri
ictimaiyyət qarşısında diz çökərək üzr istəmişdilər.
Uzun zamandır Samsung bu sahə üzrə
araşdırmalar aparmaqda idi. Artıq Galaxy Note 7-lərin partlama səbəbi bəlli
oldu. Samsung Galaxy Note 7-lərin partlamasına səbəb şirkətin özü tərəfindən
istehsal olunan səhv dizayn olunmuş batareyalardır. Belə ki, batareyanın
dizaynında litium kobalt oksiddən düzəldilmiş müsbət təbəqə ilə qrafitdən düzəldilmiş
mənfi təbəqəni ayrılmaq üçün elektrolitlərdə yığıla bilən bir cüt polimer təbəqə
istifadə olunub. Bu iki təbəqə bir-birinə sürtünərsə, elektrodlar isinər və
partlama ortaya çıxar bilərdi.
Hesabatda Samsung-un batareya dizaynında səhvə
yol verildiyi bildirilir. Bundan əlavə batareyada gerçəkləşən normal bir şişmə
miqdarı vardı. Bəzi istifadəçilər telefonu çantaya və ya arxa cibə qoyub
oturduqda əlavə sıxışmaya səbəb ola bilərdilər.
Batareyaların incə dizayna malik olmasının
səbəbi daha çox tutumla daha az yer tutmasına nail olmaq idi. Əgər Galaxy Note geri çağırılmasaydı daha
çox partlama xəbərləri ilə qarşılaşa bilərdik. Uzun sözün qısası, Samsung
etdiyi bu səhvə görə 5 milyard dollar zərərlə
qarşılaşdı.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Superkompüter bəşəriyyətin nə vaxt yox olacağını proqnozlaşdırıb!
Instagram-da sirli Stories-lərin yaradılması funksiyası istifadəyə verilib