main-post-cover

    Samsung Galaxy S8 Çində satışa çıxdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Sızdırılan məlumatların köməyilə artıq bu telefonun saxta olan variantı hazırlanıb. Hətta bəzi mənbələrə görə artıq Çində saxta Samsung Galaxy S8-in satışına da başlanılıb.
    Smartfonlar haqqında ortaya çıxan sızıntıların ən böyük müsbət təsiri ilə çox zaman saxta telefon istehsalçıları qarşılaşırlar. Bu sektorun son "qurbanı" isə Samsung Galaxy S8 oldu.
    Çin istehsalı olan S8 ilə tanış olun. El arasında "Kitayski" adlandırılan saxta telefonların istehsalı əslində artıq heç kimə qəribə gəlmir. Bazara çıxarılan smartfonların texniki göstəriciləri yüksəldikcə, təbii olaraq qiymətlərdə də müəyyən bahalaşma müşahidə olunur. Bu da bir çox insanın cibinə uyğun deyil. Bu vəziyyəti görən fürsətcil insanlar da son model ağıllı telefonların saxta variantlarını istehsal edirlər. Amma hələ ki orijinalı bazara çıxmayan telefonların, saxta versiyasının bazara çıxması çox da öyrəşdiyimiz hal deyil.
    Bunun əsas səbəbi isə telefonlar rəsmi olaraq təqdim edilməmiş, görüntülərinin internetə sızdırılmasıdır. Telefonlar internetə sızdırılarkən demək olar ki, dizaynları bütünlüklə bəlli olur. Bu da öz növbəsində saxta telefon istifadəçilərinin əlinə düşmüş fürsət sayıla bilər. Sözü çox uzadmadan sizə saxta Galaxy S8-in görüntülərini təqdim edirik.
     


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər