main-post-cover

    Samsung Galaxy S8 ilə birgə təqdim olunacaq aksessuarlar rəsmi olaraq açıqlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti telefonlarını tanıdarkən hər zaman cihazın aksessuarlarına da xüsusi üstünlük verir. Bu dəfə Samsung yeni model Galaxy S8 telefonunun tanıtımına hazırlaşır. Şirkət Galaxy S8 modelini yeni aksessuarları ilə birlikdə istifadəçilərə təqdim edəcək. Cihazla birlikdə bir neçə yeni aksessuar da yer alacaq.

    SamMobile saytının verdiyi məlumata görə Samsung-un Galaxy S7 modelində yer alan bir çox aksesuarlar Galaxy S8 telefonu üçün də təqdim olunacaq. Bu aksesuarlara Clear Wiewkeysi, LED View keysi, S View keysi, Klaviaturalı keysbatareya ömrünü uzadan keyslər daxildir.
     
    Bundan əlavə elə aksessuarlar var ki, onlar Galaxy S8 modeli üçün xüsusi olaraq dizayn olunub. Buna misal olaraq Alcantara materialından hazırlanan keysi göstərmək olar. Bu material dəri kimi görüntüyə malik olsa da su və ləkələrə qarşı davamlıdır. Hətta bu materialdan avtomobilin oturacaqlarının örtüyü kimi istifadə olunur.
    Galaxy S8 üçün təqdim olunacaq digər yeni aksesuar isə Multimedia Dock adlanır. Bu aksessuarın üzərində USBHDMI portları yer alır, hansı ki, bunun yardımı ilə asanlıqla telefon digər cihazlarla əlaqələndirilə bilir.
    "Samsung”un Galaxy S8 telefonu fevralda keçiriləcək MWC 2017 mərasimində tanıdılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər