main-post-cover

    Samsung Galaxy S8-in 100 dollarlıq saxta versiyası!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Məşhur YouTube kanalı EverythingAppplePro, Samsung-un hələ təqdim edilməyən telefonu Galaxy S8-in 100 dollarlıq saxta versiyasını incələdi.

    Samsung Galaxy S8-i qarşımızdakı həftə Barcelona-da başlayacaq MWC 2017 tədbiri yerinə Mart ayının sonunda keçirələcək bir fəaliyyətdə təqdim edəcək. Cihazın təqdimatına hələ 1 aydan daha çox vaxt qalmasına baxmayaraq məşhur YouTube kanalı EverythingApplePro, telefonun 100 dollarlıq saxta versiyasını incələdi.
    Aşağıdakı videoya keçməmişdən əvvəl, qutusunun belə müntəzəm bir şəkildə kopyalandığını görürük. Telefonun qiymətinin 100 dollarolmasına rəğmən yenə də cəlb edici xüsusiyyətlər əlavə edilib.
    4G LTE əlaqə dəstəyi
    64-bit parametrli 8 nüvəli prosessor
    5.2 inç böyüklüyündə Quad HD sAMOLED ekran
    12/5 MP keyfiyyətində Dual Piksel kamera
    64 GB daxili yaddaş sahəsi
    Suya ve toza qarşı dayanıqlı olmasını təmin edən IP68 sertifikatı
    Naqilsiz şarj

    Dizayn olaraqda istifadəçiləri məmnun etməyəcəyini fikirləşdiyimiz saxta Galaxy S8 AnTuTu testində də Galaxy S8, S7-dən çox geridə qaldı. Galaxy S8, testdən 125.243 xal toplayarkən saxta Galaxy 8 isə ancaq 22722 xal toplaya bildi.
    Linki kopyala