main-post-cover

    Samsung Galaxy S8-in ilk videogörüntüləri təqdim olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkətinin şöbəsi olan Samsung Display yeni AMOLED panellərin videolarını təqdim edib.

    Təqdim olunmuş videolarda gizli smartfonu görmək olar. Mütəxəssislərin fikrincə videolarda görünən smartfon, hələki anonsu olmayan Galaxy S8-dir. Nazik çərçivələ sahib və "Home” düyməsindən məhrum olunmuş smartfonun bundan əvvəl fotoları sızdırılmışdır. Videolarda görüntülənən smartfon həmin sızdırılmış fotolardakı modelə çox bənzəyir. Ola bilər ki, videolarda sadəcə olaraq Galaxy S8-in prototiplərindən biri təqdim olunmuşdur. Şirkətin, öz AMOLED panellərini, kənar smartfon istehsalçısının məhsulu vasitəsilə reklam etməsi ehtimalı da çox azdır. Yeni "Samsung” flaqmanının digər özəlliklərini də görmək olar. Belə ki, ön panelin yuxarı hissəsində səsgücləndirici, smartfonun kənarlarında isə USB Type-C3.5 mm-lik audiogiriş var. Yeni model Galaxy S7-dən daha nazik görünür. Şirkət, Galaxy S8-i Mart ayının sonunda təqdim etməlidir. Onun satışları isə Aprel ayında başlaya bilər. Həmçinin onun qiymətinin 850$ güman olunur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər