main-post-cover

    Samsung Galaxy S8-in Xüsusiyyətləri və Qiyməti nə olacaq? (Ətraflı Məlumat)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsungun böyük ehtimalla 14 Aprel 2017-ci ildə təqdim ediləcək olan yeni canavarının xüsusiyyətlərini və təxmini qiyməti haqqındakı detalları ilə xəbərimizdən tanış ola bilərsiniz.
    Samsung üçün satış uğuru olaraq yaxşı lakin Note 7 faciəsisəbəbindən pis keçən 2016-cı ilin ardından 2017-yə sağlam hazırlıq görən firma, Galaxy S8 üçün həqiqətən yaxşı işləyir. Ortaya çıxan məlumatlara görə 26 Fevral 2017-də Mobil Dünya konfransı yerinə 14 Aprel 2017-ci ildə New Yorkda xüsusi bir təqdimat mərasimi ilə tanıdılacaq olan Galaxy S8-in ortaya çıxan və gözlənilən detalları az-çox bəlli oldu. 

    1- Samsung Galaxy S8 təchizat xüsusiyyətləri


    Bəlkə də təxmin etməsi ən asan nöqtə olan təchizat xüsusiyyətlərində Galaxy S8-in həm Qualcomm Snapdragon 835, həm də Samsung Exynos 8895 istehsalı çipsetləri yerləşəcək. Bazara görə iki çipsetdən birini satışa çıxaracaq olan Samsung, Azərbaycanda çox güman ki Exynos modelini satacaq.
    Əlavə olaraq 6GB və 8GB kimi yüksək bir RAM ilə gələcək olan Galaxy S8, Samsung SDI istehsalı olan yüksək bir batareya həcmi ilə də bizləri qarşılayacaq. 

    2- SPen-li Galaxy S8 Plus


    Ortaya çıxan detallara görə onsuz da Note 7-də düz ekran istifadə etməyən Samsung, Galaxy S8 ailəsini yenə iki model olaraq, ancaq Galaxy S8 və Galaxy S8 Plus şəklində iki model olaraq təklif edəcək. Bir ehtimalın da  Galaxy S8, Galaxy S8 Edge və Galaxy S8 Plus şəklində ola biləcəyindən də bəhs etmiş olaq.
    Böyük ölçüdə Galaxy Note seriyasının sonu olan Note 7 vəziyyətinin ardlndan Note modellərini Note edən SPen-i Galaxy S8 Plus-a inteqrasiya edəcək olan firma, cihazda birbaşa SPen üçün yer ayırmaq yerinə ayrı bir şəkildə qutudan çıxarda bilər. 

    3- Əlvida ana ekran düyməsi, Əlvida klassik Samsung dizaynı!


    Samsung-un hamımızın bildiyi dizaynına əlvida demək vaxtı gəldi. Dünən paylaşdığımız bu xəbərimizdən görə biləcəyiniz kimi ana ekran və funksional klavişlərini ləğv edib, Samsung yazısını aşağı alan firma, çox daha geniş bir ekran təklif edəcək. Yüksək dərəcədə bir ekran/ölçü nisbəti ilə qarşımıza çıxmaq ehtimalı bir xeyli yüksək olan Samsungun ən radikal qərarı bu ola bilər.
    Eyni zamanda barmaq izi sensorunu da ekrana inteqrasiya edəcək olan firma, digər firmalar kimi arxa tərəfə daşımağı istəmir. Beləcə gözəl də bir fərqliliyə imza atmış olacaq olan Samsungun bu addımı necə reaksiya alacaq hamımız birlikdə görəcəyik. 

    4- 3D Touch by Samsung

     
    Apple-ın MacBook-da Force Touch şəklində elan edib, iPhone 6S-də 3D Touch adı ilə təqdim etdiyi təzyiqə dözümlü ekran texnologiyası, Android 7.1.1-in qısa yol nemətlərini istifadə edə bilmək məqsədi ilə Galaxy S8-də də olacaq. Bu texnologiyaya kod baxımından da əsaslı yeniliklər etməsi gözlənilən Samsungun 3D Touch-u necə inkişaf etdirəcəyi hərkəsə maraqlıdır. 

    5- Continuum by Samsung

     
    Appledakı 3D Touchdan başqa bir də Microsoftun yeni nəsil admiral gəmi səviyyəsindəki Lumia modellərinə tətbiq etdiyi telefonun bir masaüstü kompüterə çevirə bildiyi Continuum xüsusiyyətinin bir oxşarı da Galaxy S8-də olacaq. Beləcə S8 Sahibləri lazım olduğunda cibində eyni vaxtda bir kompüter daşıyır olacaqlar. 

    6- BoomSound by Samsung

     
    3D Touch, Continuum kimi xüsusiyyətlərdən sonra HTC-nin möhtəşəm səs təklif edən BoomSound səs texnologiyasına oxşar Hi-Fi səs texnologiyasını da gətirəcəyi danışılır. Əlavə olaraq Samsung telefonuna qoşulmuş bərbad səviyyədəki qulaqlığının da artıq HTC ilə yarışa biləcək olduğu bir digər deyimdir. Çünki xatırlayırsınızsa Harman Kardon səs sistemləri ilə diqqət çəkən Harman şirkəti, keçdiyimiz aylarda Samsung tərəfindən satın alınmışdı və Samsung mütləq bu satın almanı bu telefonda istifadə edəcəkdir. 

    7- Kamera

    Kamera baxımından da sağlam irəliləyişlər edəcək olan Samsung, təxminlərə görə cüt arxa kamera ilə gələcəyi, eyni zamanda ön kameranın da minimum 12 MP səviyyəsinə çıxacağı və avtofokus xüsusiyyəti olacağından da bəhs edilir. 

    8- Qiyməti

     
    Bu qədər yenilik təbiiki çox da ucuz olmayacaq. Təxminlərə görə minimum 800 dollardan başlayacaq olan Galaxy S8 qiymətləri 3 fərqli model olması halında 1200 dollara qədər çıxa bilər. Ancaq bunun da təxmin olduğunu qeyd etmək vacibdir.

    Nəticə olaraq bu il həqiqətən dolu-dolu və böyük yeniliklər ilə gələn bir Galaxy S8 görmək ehtimalımız bir xeyli yüksəkdir. Ancaq nəticə nə olar, əlimizdə necə bir telefon taparıq hazırda bilmirik. Bizə gözləmək düşür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər