main-post-cover

    Samsung Galaxy S8 modelində yeni xüsusiyyətlər yer alacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung, Galaxy Note 7 ilə bağlı yaşadığı problemlərdən sonra yeni ildə daha iddialı telefon modeli ilə istifadəçilərin rəğbətini qazanmaq istəyir. Samsung Galaxy S8 modeli yeni xüsusiyyətlərlə istifadəçiləri sevindirə bilər.

    Samsung-un gələn il tanıtmağı planlaşdırdığı Galaxy S8 modeli Dünya Mobil Konqresində istifadəçilərə təqdim olunacaq. Samsung yeni telefon haqda məlumatları sirr kimi saxlamağa çalışsa da cihaz haqda daimi məlumatlar gəlməkdə davam edir. Yeni Galaxy S8-in Galaxy Note 7 ilə müqayisədə yeni xüsusiyyətlər qazanması haqda məlumatlar öz əksini tapır.
    Verilən məlumata görə yeni Galaxy S8-i əlavə komponentlərlə təmin etmək və batareyaya daha böyük yer açmaq üçün 3.5mm qulaqlıq girişi daxil edilməyəcək.

    Bundan əlavə giriş düyməsinin də olmayacağı bildirilir. Bunun əvəzinə barmaq izini tanıması üçün ekranın içində yer alan tanıma sistemi istifadə olunması haqda məlumat mövcuddur.
    Həmçinin yeni telefonda RGB rəng tənzimlənməsi yerinə PenTile Diamond istifadə olunacaq.
    Yeni Galaxy S8-in ekranının 1440 x 2560 piksel olması ehtimal olunur. Bundan başqa Galaxy S8-də cihazın şarj edilməsi və sinxronizəsi üçün USB-C bağlantı girişi olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər