main-post-cover

    "Samsung", Galaxy S8+ modelinin daha güclü versiyasını təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti rəsmi olaraq Galaxy S8+ smartfonunun daha güclü versiyasını, Koreya bazarında təqdim etdi.

    Təqdim olunmuş daha güclü versiya, 6 GB RAM və 128 GB daxili yaddaşla təmin olunub. Qeyd etmək lazımdır ki, standart model Galaxy S8+, 4 GB RAM və 64 GB daxili yaddaşa sahibdir. 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model yalnız qara rəngdə təqdim olunub və onu Samsung-un rəsmi saytından ön sifariş etmək olar. Onun qiyməti, SKT, KT və ya LG U+ mobil operatorları ilə müqavilə əsasında 1017 dollar, mobil operatorlarla müqaviləsiz isə 1116 dollar təşkil edir. Satışların 18 Aprel tarixində start götürəcəyi güman olunur. Sözügedən modeli ön sifariş edən alıcılar, Samsung Dex cihazını tamamilə pulsuz əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy S8+ modelinin daha güclü versiyası, Exynos 8895 prosessoruna sahibdir və RAM, daxili yaddaş göstəricilərindən başqa digər modellərdən heç nə ilə fərqlənmir. Çox güman ki, bu model Çin və Hindistan bazarından başqa digər bazarlarda satışa çıxmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər