Samsung Galaxy S8 telefonunda ön kamera fərqli olacaq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Samsung Galaxy S8 haqqında xəbərlər bir çoxlarının marağını cəlb etməkdədir. Buna görə də Samsung bu modelə müəyyən yeniliklər etmək niyyətindədir. Yeni modelin ön kamerası nadir xüsusiyyətə malik olacaq.
"Samsung"un istifadəçilərə təqdim etdiyi
ağıllı telefonlar bir sıra xüsusiyyətləri ilə hər zaman diqqət çəkib. Bu
xüsusiliklər arasında cihazın ön kamerası ilə bağlı məsələlər azlıq təşkil edir.
Amma Galaxy S8 üçün bu yenilik artıq istifadəçiləri sevindirə bilər. Çünki
Galaxy S8-in ön kamerası digərlərindən fərqli olacaq.
ETNews-un verdiyi məlumata görə
Samsung şirkəti 2017-ci ildə təqdim edəcəyi Galaxy S8 telefonunda ön kamerada avtofokus xüsusiyyəti istifadə edəcək. Koreya mediası bu xüsusiyyəti ilk
adlandırmayıb. Səbəb isə avtofokusun daha əvvəllər də ağıllı telefonlarda nadir
də olsa istifadə olunmasıdır.
Avtofokusun ön kamerada yer alması
fotoların daha da şəffaf çıxmasına şərait yaradacaq, amma bu xüsusiyyət çərçivə
içərisində müxtəlif məsafələrdə yer alacaq.
Hal-hazırda selfi sevərlərin çoxluq təşkil
etməsi gələcəkdə ön kamerada belə xüsusiyyətlərin yer almasına şərait yarada
bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)