"Samsung", Galaxy S8 üçün qulaqlıq istehsalında "Apple"ın yolu ilə gedəcək

417

Məlumata əsasən "Samsung” şirkəti Galaxy S8 ilə birlikdə yeni naqilsiz qulaqlıqları da təqdim edəcək.

Deyilənə görə Galaxy S8iPhone 7iPhone 7 Plus modelləri kimi standart 3.5 mm-lik audio girişdən məhrum olacaq. Məhz buna görə şirkət yeni naqilsiz aksessuar üzərində çalışır. Şaiyələrə əsasən "Apple”dan fərqli olaraq "Samsung”, yeni naqilsiz qulaqlıqları ayrıca və baha qiymətə satmayacaq. "Technote.az"ın "SamMobile"a istinadən verdiyi xəbərə əsasən həmin qulaqlıqların Galaxy S8 komplektinə daxil olacağı gözlənilir. Bununla belə qulaqlıqların komplektə daxil olması, smartfonun qiymətinə təsir etməyəcəyi söylənilir. Görünür qulaqlıq məsələsində "Samsung”, "Apple”ın yolu ilə getməyi qərara alıb. Qeyd etmək lazımdır ki, sözügedən qulaqlıqlar, şirkətin ilk naqilsiz qulaqlıqları deyil. Hələ bu ilin İyul ayında şirkət, Gear IconX adlı naqilsiz fitnes qulaqlıqları satışa çıxarmışdı. Şarj yığma keysli, daxili yaddaşı və bir sıra ötürücüləri olan qulaqlığın qiyməti 130$ təşkil edirdi. Planda olan yeni naqilsiz qulaqlıq vasitəsilə isə şirkət müştərilərin brendə olan inamlarını qaytarmaq və beləliklə iPhone ilə ciddi rəqabət aparmaq niyyətindədir.