main-post-cover

    Samsung Galaxy S8 və S8+ modelləri bugün təqdim olunur. Canlı yayım linki və təqdimat saatı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bugün Bakı vaxtı ilə saat 19:00-da Samsung Galaxy Unpacked 2017 tədbiri baş tutacaq. Bu tədbirdə "Samsung” şirkəti Galaxy S8Galaxy S8+ flaqman smartfonlarını təqdim edəcək. Nyu Yorkda baş tutacaq təqdimatın canlı yayımını aşağıda təqdim olunmuş videodan izləyə biləcəksiniz. Düzü bu iki smartfon haqqında sızdırılmış bir çox məlumatlardan sonra şirkətin bizləri nə ilə təəccübləndirəcəyini müəyyən etmək çox çətindir. Lakin buna baxmayaraq sözügedən smartfonlar 2017-ci ilin ən çox gözlənilən smartfonlarından biridir. Əvvəlki məlumatlara əsasən hər iki smartfon çərçivəsiz və "Home” fiziki düyməsiz olacaq. Sensorlu ekran isə ön panelin bütün hissəsini əhatə edəcək. Bundan əlavə olaraq yeni smartfonlarda "Qualcomm” şirkətinin 8 nüvəli yeni Snapdragon 835 prosessorlarının olacağı da güman olunur. Biz Technote olaraq təqdimatda olacaq ən vacib xəbərləri sizlərə çatdıracağıq. Bizi izləməkdə davam edin.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər