"Samsung", Galaxy S9-un hazırlanmasına start verib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Galaxy S8 və Galaxy S8+ smartfonlarının təqdimatından çox az müddət keçib.
Sözügedən smartfonlar hələ rəsmi olaraq satışa belə
çıxmayıblar. Lakin Cənubi Koreyanın bir sıra KİV-lərinin verdikləri məlumatlara
görə "Samsung” şirkəti artıq yeni model olacaq Galaxy S9-un yaradılması üzrə
işlərə start verib. Məlumata əsasən Galaxy S9-un ekran panelləri üzərində işlər
keçən aydan bəri gedir. Əgər bu məlumat düzdürsə, onda şirkət yeni smartfonun
hazırlanmasına yarım il tez başlayıb. Hal-hazırda şirkətin əsas şöbəsi, yeni
smartfonda olacaq vacib elementlər üzərində çalışır. Əsasən diqqət, əkrana yönəldilib.
Məlumata əsasən Galaxy S9-da ekran, ön paneldə daha böyük hissəni əhatə edəcək.
İlk OLED ekran nümunələrinin nəzərdən keçirilməsi isə bu ayın ortalarına
planlaşdırılıb. Təqribi olaraq bir ay sonra şirkət, Galaxy S9-da olacaq digər
elementlərin istehsalına da start verəcək. Bəzi məlumatlara əsasən yeni modelin
hazırlanmasına bu qədər tez start verilməsində əsas səbəb, keçən il Note 7 ilə
baş vermiş uğursuzluq ucbatından yeni modellərin keyfiyyətlərinin daha dəqiq şəkildə
yoxlanılmasıdır. Galaxy S9-da ola biləcək texniki göstəricilər barəsində
danışmaq hələ çox tezdir. Lakin istehsalçı çətin ki, bu seriyanın
konsepsiyasından vaz keçsin və çox güman ki, Galaxy S9 da çərçivəsiz ekrana
sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!