main-post-cover

    Samsung Galaxy Tab S3 planşetinin texniki göstəriciləri və render fotosu sızdırılıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Satışa çıxmağa hazırlaşan Samsung Galaxy Tab S3 planşetinin texniki göstəriciləri və render fotosu sızıdırılıb.

    Qeyd etmək lazımdır ki, planşet rəsmi olaraq təqdim olunmayıb. Məlumata əsasən Galaxy Tab S3, S Pen stilusuna sahib olacaq. Lakin stilusu, Note seriyasındakı kimi smartfonun daxilinə yerləşdirmək mümkün olmayacaq. Planşet, 9.7 inç Super AMOLED ekran, Snapdragon 820 prosessoru, 4 GB RAM, 32/128 GB daxili yaddaş, 12 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun güman olunan qiyməti isə 580$-dır. Galaxy Tab S3-ün təqdimatı bu ayın sonunda keçiriləcək MWC 2017 sərgisində baş tutacaqğı gözlənilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər