main-post-cover

    Samsung Gear S3 və S2 üçün gözlənilən iOS dəstəyi nəhayət ki gəldi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "iOS” üçün istifadəyə verilən "Samsung Gear S” adlı tətbiq, artıq Gear S3-ün və Gear S2-in iPhone-lar ilə işləməsini təmin edəcək.

    "Samsung"-un bir çox istifadəçisi tərəfindən bəyənilən ağıllı saatı Gear S3 üçün iOS dəstəyinin yaxın bir zamanda gələcəyini bildirmişdik. iPhone istifadəçilərini daha çox gözlətmək istəməyən Samsung, rəsmi olaraq istifadəyə verdiyi yeni tətbiqi ilə Gear S3, Gear S2 və Gear Fit 2 növlərinin istifadəsi iPhone-da artıq mümkündür.
    iPhone 5 və daha üst modellərində istifadəsi mümkün olacaq ağıllı saatlar, bu cihazlarda istifadə olunmaq üçün iOS 9.0 və daha üst əməliyyat sistemi tələb edir. Android tərəfindən 4.4 Kitkat və daha üst növlərini dəstəkləyən tətbiqin əvvəlki cihazlarıda dəstəkləməsi sevindirici xəbərdir. Ağıllı saatların iOS cihazları ilə işləməsini təmin edən Gear S tətbiqi ilə müxtəlif tətbiqlər yükləyə bilər, burada sizə gələn bildirimləri, sağlamlıq və s. məlumatlarınızı görə bilərsiniz.
     
    Hələki Android cihazlara nisbətən daha az istifadə imkanı təqdim edən bu tətbiqin gələcək günlərdə daha çox xüsussiyət əldə edərək "icon X” kimi naqilsiz qulaqcıqların da dəstəklənməsi gözlənilir, amma hələki belə bir tətbiqin gəlib gəlməyəcəyi məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər