main-post-cover

    "Samsung" iki şirkət şəklində fəaliyyətə başlaya bilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Bildiyiniz kimi "Samsung” tərkibində fəaliyyət göstərən bəzi istehsal sahələrini başqa şirkətlərə sataraq bazardan çəkildi. Bunlara misal olaraq "Samsung”un printer biznesini "HP”yə və kompüter biznesini "Lenovo”ya satmasını göstərmək olar.
    Sabah "Samsung” şirkətinin nümayəndələri Samsung Electronics üçün çox vacib qərar vermək üçün bir araya gələcək. Toplantıda şirkətin iki kompaniyaya bölünməsi məsələsi müzakirə olunacaq. Belə bir təklifi isə "Samsung”un səhmdarlarından biri olan Elliott Management verib.
    Elliott Management-in fikrincə "Samsung”un 70% dəyərləndirilmir. Bunun əsas səbəbi isə şirkətin mənasız çətinliklərlə məşğul olmasıdır. Samsung Electronics-in holding və kompaniya şəklində fəaliyyətə başlaması şirkətin gələcək fəaliyyəti üçün vacib rol oynayacaq.

    Bundan əlavə Elliott Management 26 milyard dollar ödəyərək şirkətin idarə heyətinə bəzi şəxslərin gətirilməsi təklifini irəli sürüb. Xatırladaq ki, şirkətin əsas aparıcı qüvvəsi Lee ailəsidir. Nə Lee, nə də Samsung Group mövzu ilə bağlı hələ ki, heç bir münasibət bildirməyib. Şirkətdə müzakirələr isə Jay Y. Lee-nin Lee Kun-hee-ni əvəz etməsi ilə başlayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər