main-post-cover

    "Samsung" kompüter biznesini "Lenovo"ya satmağa hazırlaşır

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Cənubi Koreyanın dünyaca məşhur şirkəti "Samsung Electronics" kompüter istehsalı biznesini "Lenovo"ya sata bilər. Bu haqda məlumatı Koreyanın The Bell adlı mətbuat şöbəsi verib.

    Yer alan xəbərə görə şirkət hal-hazırda bu mövzu ilə əlaqədar "Lenovo" ilə danışıqlar aparmaqdadır. Lakin "Samsung"un bu layihə üzrə ayrıca maliyyə məsləhətçisi olmadığı üçün işin hüquqi tərəfi Amerikalı Paul Hastings hüquq şirkəti tərəfindən həyata keçiriləcək. Eyni zamanda "Lenovo" tərəfini London hüquq şirkəti olan Freshfields Bruckhaus Deringer təmsil edəcəkdir.

    Hal-hazırda satış qiymətinin 1 trilyon koreya vonu, yəni 850 milyon dollar təşkil etdiyi bildirilir. Xatırladaq ki, Samsung printer biznesini "HP"yə 1.05 milyard dollara satmışdı.
    Qeyd edək ki, dünya kompüter bazarında Lenovo markalı kompüterlərin dəyəri 19.4% təşkil edir. Bu isə bu sektor üzrə ən böyük göstərici deməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər