main-post-cover

    Samsung, LG-yə müharibə elan etdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Cənubi Koreyada yeni flaqmanı G6 modeli ilə böyük uğur əldə edən LG, rəqiblərini qorxutmuşa bənzəyir. Çünki Samsung, indidən Galaxy S8-in reklamlarını təqdim etməyə başladı!

    LG-nin yeni flaqmanı G6, Cənubi Koreyada satışa təqdim edildiyi gündən bu yana olduqca uğurlu oldu deyilə bilər. Çünki ilk günündə 20.000 ədəd satış reallaşdırdı və firmanın öz rekordunu qırmış oldu.

    LG və Samsung müharibəsi başladı!

    LG-nin yeni flaqmanı G6 eyni şəkildə Galaxy S7 edge və Galaxy A5 modellərinə qarşı satışını iki və dört dəfə artırdı . Bu müvəffəqiyyət Samsungun gözünü qorxutmuş olacaq ki, hələ rəsmi olaraq təqdim etmədikləri yeni flaqmanı olan Galaxy S8 üçün Cənubi Koreyada bir reklam kampaniyası başlatdı.
    Analitiklər Samsungun bu addımının daha əvvəl görülməmiş bir hərəkət olduğu mövzusunda həm fikirdilər. LG-nin G6 modelinin daha Samsung Galaxy S8 təqdim olunmadan bazara hakim hala gəlməsindən qorxduqlarını düşünürlər deyilə bilər.

    Reklamda isə Galaxy S8 haqqında hər hansı bir məlumat yoxdur. Hətta video yalnız 1-dən 8-ə qədər sayır və "Next Galaxy" yəni "Yeni Galaxy" 30 Mart 2017-ci ili işarə edən bir görüntü ilə sona çatır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər