"Samsung Mobile" rəhbəri Note 7-yə görə bütün dünyadan ÜZR istədi!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Samsung Mobile” şirkətinin rəhbəri Donq-Jin Koh, dünən gecə mətbuat konfransı keçirdərək müştərilərindən üzr istədi və inamlarını təkrar qazanacaqlarını bildirdi.
"Samsung Mobile” rəhbəri Donq-Jin Koh, dünən gecə mətbuat konfransı keçirdərək həm Galaxy Note 7 istifadəçilərindən həm də bütün dünyadan üzr istədi.
Galaxy Note 7-nin şirkətə yaratdığı ağır maddi xəsarəti düşünmədən çıxışına başlayan Koh (bu rəqəmin 17 milyard dollar olduğunu xatırladaq), yaşanan maddi itkilərin bərpa edilə biləcəyini lakin özləri üçün ən vacib mövzunun müştərilərinin sağlığı və təhlükəsizliyi olduğunu bildirdi. İstifadəçilər qədər özünün də yaşanmış hadisələrdən dolayı məyus olduğunu deyən Koh, müştərilərindən ürəkdən üzr istədiyini və özlərinə dəstək verən sadiq müştərilərinə də (yaşanmış bütün problemlərə baxmayaraq telefonlarında problem olmayan bəzi Galaxy Note 7 istifadəçiləri nə olur-olsun telefonlarını qaytarmayacaqlarını bildirmişdilər) ayrıca təşəkkürlərini çatdırdı. Koh, müştərilərinin inamını təkrar qazanacaqlarına dair mətbuatın qarşısında şəkildə görüldüyü kimi and içdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)